17 C
Baku
Monday, September 29, 2025

Böyük Britaniyada mənzil qıtlığını aradan qaldırmaq üçün 12 yeni şəhər salınacaq

Yaxın illərdə İngiltərədə mənzil çatışmazlığı problemini həll etmək üçün 12 yeni şəhər salınmalıdır. Bu barədə Leyboristlər Partiyasının konfransında Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib. Onun sözlərinə görə, ilk üç şəhərin tikintisinə növbəti seçkilərə qədər başlanacaq.

Yeni şəhərlərin salınması vətəndaşların əlçatan mənzillə təmin olunması üzrə leyboristlərin planlarının bir hissəsidir. Hakim partiya əvvəlcə 2029-cu ilə qədər 1.5 milyon yeni ev tikməyi vəd etmişdi. Məsələnin öyrənilməsi üçün bir il əvvəl “New Towns Taskforce” adlı işçi qrupu yaradılmışdı. Baş nazir Starmer çıxışında həmin qrupun hesabatındakı nəticələrdən istifadə edib.

Hökumətin saytında dərc olunmuş planlara əsasən, hər yeni şəhərdə azı 10 min ev olacaq. Yeni yaşayış fondunun 40%-i əlçatan mənzil kateqoriyasına aid ediləcək, onların yarısı isə sosial mənzil olacaq. Tikinti üçün seçilmiş yerlər İngiltərənin müxtəlif bölgələrini əhatə edir — həm iri şəhərlərin yaxınlığında, həm də mövcud kiçik yaşayış məntəqələrinin bazasında. Hakimiyyət orqanları ən perspektivli ərazilər kimi Bedfordşir, Lids və Londonun şimal ətraflarını göstərir.

Son xəbərlər
Digər xəbərlər