15 C
Baku
Saturday, April 20, 2024

Böyük Britaniyanın ən yaxşı 5 biznes-məktəbi

Materialda “biznes-məktəbi” termini, özündə universitetlərin nəzdindəki fakültələri və ayrı-ayrılıqda fəaliyyət göstərən biznes-məktəbləri ehtiva edir.

Biznes məktəbini seçdiyimiz zaman əsas meyar-işəgötürənlərin təhsil ocağına olan etibarlığın dərəcəsidir. Etibarlılığın dərəcəsini isə bu biznes-məktəbi ilə əməkdaşlıq edən şirkətlərin sayı ilə müəyyən olunur. Hər bir təhsil müəssisənin internet saytında bu haqda məlumat tapa bilərsiniz. Bundan başqa, namizədlərin hansı qrupuna aid olduğunuzu bilməyiniz vacibdir.

Böyük Britaniyada dünyanın digər bir çox ölkəsində olduğu kimi, vahid qiymətləndirmə sistemi yoxdur. Bu materialdakı məlumatlar The Guardian informasiya agentliyi tərəfindən tərtib edilmiş reytinqindən götürülüb.

Siyahı The National Student Survey -dən alınan nəticələrə əsasən tərtib olunub və özündə bir müəllimə düşən tələbələrin sayı, qəbul olma meyarları, məzunların karyera müvəffəqiyyəti və digər meyarları nəzərə almışdır.

Kursun qiyməti Avropa İttifaqına daxil olmayan ölkələri nəzərdə tutub hesablanıb. Aİ vətəndaşları üçün isə qiymətlər daha aşağıdır.

Eyni zamanda, materialda UCAS (İngiltərədə tələbə qəbulu üzrə xidmət) sistemi üzrə balların ortalaması hesablanıb.

  1. Oksford Universiteti

Təhsil haqqı: $31 757 – $44 496

UCAS sistemi üzrə orta qəbul balı: 232

Oksford universiteti- dünya üzrə ən yaşlı ingilisdilli universitetlərdən biridir. Böyük Britaniyada fəaliyyət göstərən digər universitetlər kimi o da, həmçinin, müxtəlif məktəblər üzrə bölünür. Said Business School dünyanın ən savadlı namizədlərini yığır.

İqtisadiyyat və idarəçilik proqramı, İngiltərənin Oksford universitetində birinci yer tutur.

 

  1. Sent-Endryu Universiteti

Təhsil haqqı (bakalavr dərəcəsi üçün): $26 395

Təhsil haqqı (magistr dərəcəsi üçün): $21 938

UCAS sistemi üzrə orta qəbul balı: 212

Hələ XVI əsrdə əsası qoyulmuş bu universitet, Şotlandiyanın ən yaxşı universitetlərindən biridir. Göstəricilərinə görə Böyük Britaniyada üçüncü yer, biznes-proqramlarına görə isə ikinci yer tutur.

3.Uorik universiteti

Təhsil haqqı (bakalavr dərəcəsi üçün): $30 014

Təhsil haqqı (magistr dərəcəsi üçün): $35 602 – $50 036

UCAS sistemi üzrə orta qəbul balı: 188

Müqayisədə daha gənc, lakin artıq məşhur olmuş bu universitetin əsası 1961-ci ildə qoyulub. Əsas kampus Birminhem yaxınlığında, sakit bir yerdə yerləşir. MBA kursu isə Londonun mərkəzində, ən məşhur The Shard binasında tədris olunur.

Universitet özündə 15 bakalavr kursunu əhatə edir və reytinq üzrə üçüncü yer tutur.

4. Bat Universiteti

Təhsil haqqı (bakalavr dərəcəsi üçün): $23 725

Təhsil haqqı (magistr dərəcəsi üçün): $21 288

UCAS sistemi üzrə orta qəbul balı: 187

Bristol və Kardiff-ə yaxın yerləşmiş digər bir gənc universitet. Avropanın menecment inkişaf fondu, bu universitetin biznes-məktəbinə 5 illik akkreditasiya verib. Universitetin rəsmi saytında qeyd olunur ki, dünya üzrə biznes-məktəblərin yalnız 1% bu akkreditasiyanı ala bilmişdir.

Universitet 8 bakalavr kursuna malikdir. Məzunların 77% altı ay ərzində iş tapıb və ya öz təhsilini davam etdiriblər.

5. Lafboro Universiteti

Təhsil haqqı (bakalavr dərəcəsi üçün): $22 439

Təhsil haqqı (magistr dərəcəsi üçün): $23 393 – $36 531

UCAS sistemi üzrə orta qəbul balı: 164

Bu universitetin elm mərkəzi, İngiltərə üzrə ilk onluğa daxildir. Loughborough School of Business and Economics 30 müxtəlif proqrama, 4 tədqiqat mərkəzinə malik olmaqla yanaşı, üç dəfəlik akkreditasiya ilə təsdiq olunmuşdu.

Son xəbərlər
Digər xəbərlər