Böyük Britaniya hökuməti koronavirus (COVID-19) infeksiyasının ölüm hallarının sürətlə artırdığını nəzərə alaraq ölkənin 2-ci böyük hava limanı sayılan Birminqham aeroportunu 12 min meyit tutumu olan müvəqqəti morqa çevirəcək.
Bu barədə xarici mətbuata istinadən xəbər verir.
Bununla bağlı Şəhər Şurası və Hava Limanı rəsmiləri arasında əldə olunmuş razılaşmanın ailələrin yas mərasimlərini asanlaşdıracağı gözlənilir.
Xatırladaq ki, indiyə qədər Birləşmiş Krallıqda koronavirusa 14 543 nəfər yoluxub, 759 nəfər həyatını itirib.
©Report