9 C
Baku
Thursday, December 12, 2024

Böyük Britaniyanın “Anglo Asian”ı Gədəbəydə daha bir yataqda mis aşkarladığını açıqladı

Son dövrdə əsas diqqəti Azərbaycanda olan qızıl, mis gümüş  istehsalını yönəldən Böyük Britaniyanın “Anglo Asian Mining PLC” Xarxarda əhəmiyyətli mis minerallaşması aşkarladığını açıqlayıb.

Bu barədə Banker.az şirkətə istinadla xəbər verir.

Minerallaşmanın ilkin kəşfiyyat modeli hazırlanmışdır. Hazırda geoloji blok modeli və açıq mədən işinin tədqiqi hazırlanır və yaxın həftələrdə dərc olunacaq.

“Anglo Asian” şirkəti “AzerGold” QSC-dən əldə edilmiş məlumatların və daxili geoloji sahə işlərinin dərindən nəzərdən keçirilməsi və yoxlanılması yolu ilə “Xarxar” faydalı qazıntı yatağında əhəmiyyətli minerallaşma aşkar edib.

“Bu, Şirkətdə “Xarxar” yatağında əhəmiyyətli mis minerallaşması olduğuna əminlik yaradır” -deyə, şirkət bildirir.

“AzerGold” QSC “Xarxar”da ümumi uzunluğu 4 923 metr olan 15 özülü qazma quyusu qazıb. Qazma quyularından üçü (ümumi 1140 metr) “AzerGold” QSC tərəfindən nümunə götürülüb və sınaqdan keçirilib. Geoloji əsas karotajı, nümunələrin götürülməsi və qalan qazma nüvəsinin təhlili “Anglo Asian” tərəfindən aparılıb. Şirkət həmçinin “AzerGold” QSC-dən əldə etdiyi geokimyəvi və geofiziki məlumatları, xəritələr və şərhedici hesabatları özündə əks etdirən digər məlumatları da nəzərdən keçirdiyini bildirir.

“Şirkət satın alındıqdan dərhal sonra “Xarxar”da əsas qazma proqramına başlamışdır. O, həmçinin portal inşa edib və filiz gövdəsinə doğru kəşfiyyat tuneli hazırlayır”- deyə, açıqlamada deyilir.

Son xəbərlər
Digər xəbərlər