9 C
Baku
Friday, December 13, 2024

Böyük Britaniyanın bank sistemi

Böyük Britaniyanın bank sistemi ən qədim bank sistemlərindən biridir. Konsentrasiya və ixtisaslaşmanın yüksək səviyyəsi, yaxşı inkişaf etmiş bank infrastrukturu, beynəlxalq kredit bazarı ilə sıx əlaqələr onu xarakterizə edən əsas xüsusiyyətlətdir. Dünya maliyyə mərkəzi olan Londonda ingilis banklarından daha çox, əcnəbi banklar fəaliyyət göstərir. Bu hər şeydən öncə amerikan və yapon banklarıdır. İngiltərə banklarında əcnəbi valyuta depozitlərinin payı digər ölkələrdə olduğundan çox yüksəkdir. İngiltərə bank sistemi ən geniş əcnəbi filiallar şəbəkəsinə sahibdir.

İngiltərə mərkəzi bankı (İngiltərə bankı)

Böyük Britaniyanın mərkəzi bankı parlamentin xüsusi aktı ilə yaradılır. O 1694-cü ildə Fransa ilə səmdar şirkət kimi müharibə aparılması üçün krala borc məbləğinin təqdim edilməsi məqsədilə yaradılıb. Tərkibinə isə 1268 səhmdar daxil idi.

İngiltərə bankı hökumət bankıdır. Burada dövlət və hökumət qurumlarının hesabları var. Dövlətin bütün gəlirləri İngiltərə bankının xəzinə hesablarına daxil edilir və bütün xərclər bu hesabdan ödənilir. İngiltərə bankının əsas funksiyası dövlət borclarını idarə etməsidir.

İngiltərənin kommersiya bankları

İngiltərədə kommersiya bankları depoziy bankları adlanır. Bu banklar bank sisteminin əsası hesab edilir. Depozit banklarının əməliyyatlarının böyük hissəsi Londonun 6 klirinq bankında cəmlənmişdir. Onlar London klirinq palatasının üzvləri olduqları üçün belə adlandırılır. Burada 4 hakim bnak var:

“National Westminster, “Barclays”, “Midland” və “Lloyd” (böyük dörtlük). Bu banklar dünyanın ən böyük bankları sırasına daxildirlər.
Müasir depozit bankları demək olar ki, bütün bank əməliyyatlarını yerinə yetirir. Onların passiv əməliyyatlarına – əmanətlərin, yaxud depozitlərin qəbul edilməsidir. Depozit banklarının aktiv əməliyyatlarına isə qiymətli kağızların yatırılması və uçot-ssuda əməliyyatlarıdır. Böyük Britaniyada ən geniş yayılmış kreditləşmə növü overdraft xidmətidir.

Əcnəbi banklar

Əcnəbi banklar – İngiltərə ərazisində yaradılan və kapitalı digər ölkələrə məxsus kredit institutlarıdır. Bu banklar sözsüz olaraq, İngiltərə banklarının əsas rəqibləridir. Lakin bu əcnəbi banklar vasitəsilə London şəhəri əsas maliyyə mərkəzinə çevrildiyi üçün İngiltərə bankı onların yaradılmasına razılıq verir.

Əcnəbi banklar XIX əsrdən etibarən Londonda öz ofislərini yaratmağa başladılar. 1950-ci illərin sonlarından başlayaraq İngiltərədə əcnəbi bankların sayının sürətlə artması müşahidə olunur. 1950-ci illərdə belə bankların sayı 80, 1960-cı illərin sonlarında 150, hazırda isə 450-dən çoxdur. Əcnəbi bankların əksəriyyəti Londonda, bir qismi isə Birmingem, Liverpul, Aberdində açılıb.

Amerikan bankları – əcnəbi bankların ən böyük qrupunu təşkil edir. Onun ardınca isə yapon, fransız, alman bankları gəlir. Əcnəbi banklar Avropa bazarlarında əməliyyat aparmaqda ixtisaslaşıb və əcnəbi və transmilli şirkətləri maliyyələşdirməklə məşğuldur.

Son xəbərlər
Digər xəbərlər