Theresa May (Tereza Mey) iyunun 7-də Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verəcək.
Banker.az Reuters-ə istinadən xəbər verir ki, T.May bununla yanaşı Mühafizəkarlar partiyası lideri kimi də fəaliyyətini dayandırır.
PM @Theresa_May makes a statement in Downing Street https://t.co/eg4ElQMXVR
— UK Prime Minister (@10DowningStreet) May 24, 2019
Bildirək ki, T.May bu vəzifədən öncə ölkənin daxili işlər naziri kimi çalışmış (2010-2016) və 2016-ci ildə D.Kemeronun istefasından sonra Baş nazir postuna təyin (2016-ci ilin iyulun 13-ü) olunmuşdu.