Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verdiyini açıqladıqdan sonra, Böyük Britaniya bu yay Mühafizəkarlar Partiyasının liderliyi uğrunda yarışa yol açacaq mümkün namizədlər məsələsini gündəmə gətirməyə başlayıb.
Banker.az xarici mediaya istinadən xəbər verir ki, Conson hökumətindən istefa verməyən nazirlər arasında olan müdafiə naziri Ben Uolles YouGov tərəfindən Consonun kreslosuna ən güclü namizəd kimi göstərilib.
Mühafizəkarlar Partiyasının rəhbərliyi və Baş Nazirlik ofisi üzrə Xarici İşlər Naziri Liz Trussun adı da real namizədlər arasında çəkilir.
Qeyd edək ki, yeni lider Mühafizəkarlar Partiyasının 100 minə yaxın üzvü tərəfindən seçildikdən sonra Boris Conson istefa ərizəsini kraliçaya təqdim edəcək. Kraliça da partiyanın yeni liderinə hökuməti formalaşdırmaq tapşırığını verəcək. Mühafizəkarlar Partiyasının yeni lideri yeni baş nazir olacaq.