9 C
Baku
Thursday, December 12, 2024

Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri istefa verib

Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri Dominik Raab istefa verib.

Banker.az AzerTag-a istinadla xəbər verir ki, Dominik Raab Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə Baş nazir Tereza Meyin təklif etdiyi saziş layihəsini dəstəkləmədiyi üçün istefaya getdiyini bildirib.

Xatırladaq ki, Böyük Britaniyanın Nazirlər Kabineti noyabrın 14-də axşam saatlarında 5 saatlıq müzakirələrdən sonra Brexit üzrə sazişin mətnini təsdiqləyib. Buna baxmayaraq, Krallığın hökumət üzvlərinin təxminən 30 faizi sənədin əleyhinə çıxıb. Eyni vaxtda Avropa Komissiyası da Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə saziş layihəsini elan edib. Layihə bu prosesin bütün vacib aspektlərini – keçid dövrünü, maliyyə məsələlərini, vətəndaşların hüququnu, həmçinin İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokolları əhatə edir.

Böyük Britaniya Avropa İttifaqını 2019-cu il martın 29-da tərk edəcək.

Son xəbərlər
Digər xəbərlər