4 C
Baku
Tuesday, December 24, 2024

Böyük Britaniyanın Brexit üzrə naziri istefa verib

Böyük Britaniyanın Brexit üzrə naziri Lord Devid Frost istefa verib.

David Frost Avropa İttifaqı (Aİ) ilə münasibətlərin uzunmüddətli olduğunu əsas gətirərək istefa verib.

Baş nazir Boris Consona göndərdiyi məktubda Frost 2 ildən artıqdır ki, Aİ ilə danışıqlara rəhbərlik etdiyinə diqqət çəkib.

Frost məktubda Brexitin artıq əldə edildiyini və hökumətin qarşısında duran vəzifənin Aİ-dən çıxmağın gətirdiyi fürsətlərdən istifadə etmək olduğunu bildirib.

Onun vəzifəsinin icrası xarici işlər naziri Liz Trassa tapşırılıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər