“Binance”ın ödənişlər üzrə əsas tərəfdaşı Böyük Britaniya tənzimləyicisinin mövqeyinə görə birja ilə münasibətlərini kəsir.
Banker.az xəbər verir ki, “Clear Junction” bu qərarını FDA-nın birjanın London filialına qarşı son məhdudlaşdırma xəbərdarlığını etməsi ilə əlaqləndirir.
“Clear Junction” “Binance” ilə əlaqəli ödənişlərin artıq işləməyəcəyini təsdiqləyir. Qərar Maliyyə Davranış İdarəsi tərəfindən birjanın İngiltərədə hər hansı bir tənzimlənən fəaliyyət göstərməsinə icazə verilmədiyi barədə son elanından sonra qəbul edilib”, – mesajda deyilir.
Keçən həftə “Binance” nəzarəti “xaricində” olan hadisələrə istinad edərək, avro ödənişlərinin Vahid zonası (SEPA) şəbəkəsindən avro bank depozitlərini dayandırıb.
Dünyanın ən böyük birjası həm SEPA-dan, həm də İngiltərənin daha sürətli ödəmə xidmətindən (FPS) əmanətləri “Clear Junction” vasitəsilə işləyə bilib.
İndi tərəfdaşlıq bitdiyi üçün vəsaitlərin “Faster Payments” vasitəsilə çıxarılması da dayandırılıb.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın “Santander UK” və “Barclays” təşkilatları FCA- nın “Binance Market Limited”in hər hansı bir fəaliyyəti həyata keçirməyə icazəsi olmadığını açıqlayandan sonra müştərilərinə birjaya köçürmələr etməyi qadağan edib.