17 C
Baku
Friday, September 27, 2024

Böyük Britaniyanın dörd naziri Brexit vaxtını təxirə salmağı tələb edib

Böyük Britaniyanın dörd nüfuzlu naziri ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə yol verməmək üçün hökumət başçısı Tereza Meydən Brexit vaxtını təxirə salmağı tələb edib.

 Əks-təqdirdə nazirlər Tereza Meyi “qiyamla” hədələyib və gələn həftə Brexit vaxtını təxirə salmaq məsələsini parlamentin müzakirəsinə çıxarmaq təşəbbüsünə səs verəcəklərini bildiriblər. Baş nazirə çağırış təşəbbüsü ilə əmək və təqaüd işləri üzrə nazir Ember Radd, lord-kansler və ədliyyə naziri Devid Qok, biznes, energetika və sənaye strategiyası məsələləri üzrə nazir Qreq Klark və Şotlandiya məsələsi üzrə nazir Devid Mandell çıxış ediblər.

Nazirlərin dəstəklədiyi Brexit barədə qanun layihəsinə düzəlişi leyborist deputat İvett Kuper və onun mühafizəkarlar partiyasından olan həmkarı Oliver Letuin irəli sürüb. Həmin təşəbbüs üzrə səsvermə fevralın 27-də İcmalar Palatasında keçiriləcək.

 

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər