15 C
Baku
Saturday, April 20, 2024

Böyük Britaniyanın energetika şirkəti Azərbaycandakı filialını bağlayır

Böyük Britaniyanın “Wood Group Kenny UK Limited” şirkəti Azərbaycandakı filialının ləğv olunmasını elan edib.

 Vergilər Nazirliyinin məlumatına görə, kreditorlar 2 ay ərzində tələbini Bakı şəhər, Nobel prospekti, 15, “Azure Biznes” mərkəzi, 10-cu mərtəbə, 57-ci ofis ünvanına bildirə bilərlər.

Qeyd eədk ki, “Wood Group Kenny” dünyada sualtı və boru kəməri üzrə mühəndislik xidmətləri sahəsində müstəqil mütəxəssis hesab edilir. “Wood Group Kenny” energetika sahəsində xidmətlər təklif edən “Wood Group” beynəlxalq şirkətinin bölməsidir. Şirkət 2008-ci ildən BP ilə “Şahdəniz” yatağının işlənməsi layihəsi üzrə çalışaraq layihə çərçivəsində mühəndislik və sualtı hasilat sistemləri layihəsinin idarə edilməsi xidmətlərini göstərib.

Son xəbərlər
Digər xəbərlər