Bu ilin III rübündə Böyük Britaniyada ÜDM istehsalı illik ifadədə 8,6% azalıb, rüblük ifadədə isə rekord göstərici sayılan 16% artıb.
Bu barədə ölkənin milli statistika idarəsinin açıqlamasında deyilir.
Rüblük artımın 1955-ci ildə sözügedən göstəricinin hesablanmasına başlandığından bəri ən yüksək olduğu qeyd olunub.
Xatırladaq ki, cari ilin II rübündə Böyük Britaniyanın ÜDM-i illik ifadədə 20,8%, rüblük ifadədə isə 18,8% azalıb.
Britaniya iqtisadiyyatının əsasını təşkil edən xidmətlər sektorunda artım III rübdə 14,7% olub. II rübdə azalma 18,2% təşkil edib. Hesabat dövründə ölkənin tikinti sektoru 41,2% artıb. II rübdə bu göstərici 32,7%-ə bərabər idi.