Böyük Britaniyanın ÜDM 2020-ci ilin ikinci rübündə 30%-a qədər azala bilər. Banker.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Rişi Sunak məlumat verib.
Sunak və onun həmkarları ÜDM-un 25-30% azalmasının mümkünlüyünü müzakirə ediblər. Nazirlər koronavirusun yayılması ilə mübarizə çərçivəsində tətbiq olunan məhdudiyyətlərin gələn ay qismən aradan qaldırılmasının tərəfdarı olduqlarını bildiriblər.
“Bloklama ilə ölkəyə daha çox zərər verməməyimiz vacibdir. Biz məhdudiyyətlərin daha üç həftə ərzində qüvvədə qalması məsələsini müzakirə edirik”, – The Times yazır.
Qeyd edək ki, Böyük Britaniya Covid-19 qurbanlarının sayının 10 mini keçdiyi ölkələr arasında beşinci yerdədir.