6 C
Baku
Friday, December 26, 2025

Böyük Britaniyaya gələn turistlərin karantin qaydalarına dəyişiklik olunub

Böyük Britaniyaya gələn turistlərin karantin qaydalarına dəyişiklik olunub.

Belə ki, dekabrın 15-dən sonra yüksək virus riskli ölkələrdən gələn sərnişinlərin beş günlük karantindən sonra koronovirus testindən keçməsinə və cavab mənfi olduqda səyahətlərinə davam etmələri açıqlanıb. Testdən keçmək istəməyənlər isə 14 gün ərzində özlərini təcrid etməli olacaqlar.

Dekabrın 15-dən ölkəyə təyyarə, bərə və ya qatarla səyahət edən şəxslər yeni qaydadan yararlana biləcəklər. Testdən keçmək istəyənlər müəyyən məbləğdə vəsait ödəyəcəklər.

“British Airways” şirkəti yeni qaydanı düzgün istiqamətdə atılmış əhəmiyyətli bir qərar kimi dəyərləndirib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər