«Böyük dördlük» deyiləndə audit və konsaltinq xidmətləri təqdim edən dünyanın dörd ən nəhəng kompaniyası nəzərdə tutulur.
- PricewaterhouseCoopers
- Deloitte
- Ernst&Young
- KPMG
Aşağıda sizə əldə etdiyimiz son məlumatlar əsasında həmin kompaniyaların əməkdaşlarının sayını və il ərzində əldə etdikləri gəlirləri təqdim edirik.
Nə vaxtsa iri kompaniyaların sayı 8 idi və onlar “Böyük Səkkizlik” adlanırdı. 1989-cu ildə Deloitte, Haskins and Sells ilə Touche Ross kompaniyalarının birləşməsi nəticəsində (yeni kompaniya Deloitte & Touche adlanırdı) və Ernst & Whinney ilə Arthur Young (Ernst & Young) kompaniyalarının birləşməsi nəticəsində “Böyük Səkkizlik” “Böyük Altılığa” çevrilir. Nəhəng kompaniyaların sayı növbəti dəfə 1998ci ildə azalır. Bu zaman isə Waterhouse və Coopers & Lybrand bir kompaniyada birləşir. Birləşmə nəticəsində PricewaterhouseCoopers kompaniyaları yaranır. Nəhayət 2002-ci ildə müştərilərin kütləvi şəkildə Arthur Andersen kompaniyasından uzaqlaşması səbəbindən “Beşlik” “Dördlüyə” çevrilir.