VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Təşkilatda satınalmalar, kadrlar, maliyyə və mühasibatlıq sənədlərinin qanunauyğun şəkildə hazırlanmasına və dövriyyəsinə nəzarət edir, hüquqi məsləhətin verilməsini təmin edir və səmərəli təkliflər irəli sürür;
- Lazım gəldikdə təşkilatın maraqlarını məhkəmələrdə, digər dövlət, sosial və özəl təşkilatlarda təmsil edir;
- Təşkilatın filial və nümayəndəliklərinin təsis edilməsi, habelə onların dövlət qeydiyyatına alınması ilə bağlı zəruri işləri görür;
- Təşkilatın və yaxud onun törəmə təsərrüfat cəmiyyətlərinin təsis sənədlərinin tərtib edilməsi və onların dövlət qeydiyyatına alınmasını təmin edir;
- Təşkilatın adından bələdiyyə, müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarına məktublar hazırlayır;
- Hüquq Departamentinin Rəhbəri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirir;
TƏLƏB OLUNAN BİLİK VƏ QABİLİYYƏTLƏR:
- Hüquq və ya Beynəlxalq Hüquq sahəsində bakalavr təhsili (xaricdə magistr, LLM dərəcəsi üstünlük hesab edilir);
- Hüquq sahəsində ən azı 4 illik iş təcrübəsi, 2 ili bank hüququ sahəsində olması arzuolunandır;
- Maliyyə, mülki və əmək hüququ sahəsində biliklər;
- Ünsiyyət və danışıqlar aparmaq, gərgin iş rejimində işləmək və liderlik bacarıqları (idarəetmə təcrübəsinin mövcudluğu arzuolunandır);
- Azərbaycan və ingilis dilində səlis danışmaq, bu dillərdə yazmaq və müqavilələr hazırlamaq bacarığı, (rus dilini bilmək arzu olunandır);
- Ölkədaxili səyahətlər etmək imkanı.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Ərizələrin (CV) son qəbul tarixi 05 Yanvar 2016-cı ildir.
Yuxarıda qeyd olunan vəzifə tələblərinə uyğun gəlir və bu vakansiyaya müraciət etmək istəyirsinizsə, öz tərcümeyi-halınızı [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində BÖYÜK HÜQUQŞÜNAS və ya iş elanının nömrəsini (№351/15) qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.finca.az web səhifəsindən əldə edə bilərsiniz.