6 C
Baku
Sunday, December 15, 2024

Böyük Hüquqşünas/Hüquqşünas – FINCA Azerbaijan

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün BÖYÜK HÜQUQŞÜNAS/HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir.

Bu vəzifənin əsas məqsədi hüquqi işlərin idarə edilməsi, təşkilat daxilində əməliyyatların hüquqi dəstəklənməsidir.

Əsas vəzifə öhdəlikləri:

• Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
• Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
• Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
• Kredit məhsullarının hüquqi ekspertizasını həyata keçirmək;
• Təşkilat daxilində qanunvericiliyin və korporativ aktlarin göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
• Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq.
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi.
• Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir.
• Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;
• Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
• Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
• Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
• Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.
• Birbaşa rəhbərin digər tapşırıqlarını icra edir.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Hüquq üzrə bakalavr dərəcəsi;
• Hüquq sahəsi üzrə azı iki il iş tcərübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
Mülki, mülki-prosessual, əmək, həmçinin bank qanunvericiliyini mükkəməl bilmək;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı 31 avqust 2017-ci il tarixinədək [email protected]elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edə bilərsiniz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 858687;

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.finca.az web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər