6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Böyük IT şirkətlər karantindən sonra daimi ofis şəraitindən imtina edə bilərlər

Böyük texnoloji şirkətlərin ofis işçiləri öz evlərindən də uğurla biznesi dəstəkləyirlər. Bu barədə həmin şirkətlərin CEO-ları Business Insider saytına danışıblar. Məlumata əsasən bu öz növbəsində şirkətlərin CEO-larının daimi ofislərə ehtiyacın olması məsələsinə yenidən nəzər salmalarına səbəb olub. Nəticədə tamamilə yeni biznes modeli ortaya çıxa bilər.

Daşınmaz əmlak sahəsinə investisiyalar yatırmış Nyu York vençur fondlarından birinin fikrincə söhbət, WeWork coworking-dən daha effektiv biznes modelindən gedir. Məsələn Oracle şirkətinin həmtəsisçisi və direktorlar şurasının sədri olan Larry Ellison, Youtube və Zoom servislərinə müraciət edərək yaxşı videokonfrans keyfiyyətinə görə onlara minnətdarlığını bildirib.

Oracle şirkətində qeyd ediblər ki, onlar bir daha özəl görüşlərə geri dönməyəcəklər. Qeyd etmək lazımdır ki, Oracle-da 136.000-ə yaxın insan çalışır. “Əgər hamı həqiqətən də evdə çalışa bilirsə, bizim bütün dünya üzrə niyə belə böyük ofislərimiz var? Bəlkə də sizə heç lazım deyil ki, hamı ofisdə olsun. Elə deyilmi?” – deyə SAP Rimini Street şirkətinin general direktoru Seth Ravin qeyd edib.

Onun şirkəti Las Veqasda yerləşir və bütün dünya üzrə 30 ədəd ofisə sahibdir. Seth Ravin-in mövqeyini Okta şirkətinin general direktoru Todd McKinnon dəstəkləyib. Okta şirkətində 2248 insan çalışır. İşçilərin çox hissəsi San Fransiskodakı baş ofisdə çalışır. Digərləri isə dünyanın bir çox ölkələrində yerləşən 12 ofisdə çalşırlar. “Biz, ofis sahəmizi genişləndirməyi planlaşdırırdıq. Lakin uzaqdan çalışma üsulu çöx güman ki, bizim daşınmaz əmlak sahəmizin kiçilməsinə gətirib çıxaracaq” – deyə Todd McKinnon.

©Technote

Son xəbərlər
Oxşar xəbərlər