14 C
Baku
Monday, May 6, 2024

Böyük Kəsik və Balakən istiqamətində dəmir yollarının əsaslı təmiri məsələsinə baxılacaq

Bakı-Böyük Kəsik-Bakı və Bakı-Balakən-Bakı dəmiryol xətlərində əsaslı təmir-bərpa üzrə iqtisadi layihələndirmə işləri aparıla bilər.

Bunu “Azərbaycan Dəmir Yolları’’(ADY) Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşıma departamentinin icraçı rəhbəri Azər Fərəcov bildirib.

“Bizə ən çox verilən suallardan biri də Bakı-Böyük Kəsik-Bakı və Bakı-Balakən-Bakı marşrutları üzrə köhnə yataq tipli vaqonlardan ibarət qatarların hərəkətinin bərpa edilməsi ilə bağlıdır. İnsanların arzu və istəklərini yaxşı başa düşürük. Xüsusi ilə də uzaq bölgələrdə yaşayan əhali üçün qatarla Bakıya gəlib-getmək daha əlverişlidir”, – Azər Fərəcov qeyd edib.

Onun sözlərinə görə, ilk öncə həmin marşrutlar üzrə dəmiryol xətlərində əsaslı təmir-bərpa işləri aparılmalıdır.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər