Böyük məbləğ. Böyük imkanlar. Bank VTB (Azərbaycan) 0% komissiya ilə 100 000 AZN-dək nağd kredit kampaniyasını uzadıb

®Bank VTB (Azərbaycan) 0% komissiya ilə 100 000 AZN-dək nağd kredit kampaniyasını uzadıb

Onlayn müraciət üçün link: https://shorturl.at/9xBQo

Bank VTB (Azərbaycan) müştərilərin yüksək marağını nəzərə alaraq 0% komissiya ilə 100 000 AZN-dək nağd kredit kampaniyasının müddətini uzadıb.

Davam edən kampaniya çərçivəsində müştərilər zaminsiz və tam komissiyasız 100 000 AZN-dək istehlak krediti əldə edə bilərlər. Kredit məbləği müştərinin aylıq gəlirinin 26 mislinədək müəyyən edilir ki, bu da mənzil təmiri, avtomobil alışı, təhsil, səyahət və digər iri maliyyə planlarının həyata keçirilməsi üçün əlavə imkanlar yaradır.

Kreditlər illik 9,9%-dən başlayan faiz dərəcəsi ilə 59 ayadək müddətə təqdim olunur. Uzunmüddətli maliyyələşmə müştərilərə aylıq ödənişlərini daha rahat planlaşdırmağa və maliyyə yükünü optimal şəkildə idarə etməyə imkan verir.

Kampaniyanın üstünlüklərindən biri də digər banklardakı kreditlərin əlavə komissiya olmadan VTB-də birləşdirilməsi imkanıdır. Bu həll müştərilərə mövcud kredit öhdəliklərini bir bankda toplamağa və vahid ödəniş tarixi ilə daha rahat idarə etməyə imkan verir.

Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü və Pərakəndə Biznesin rəhbəri Yaşar Kərimov bildirib:

“Kampaniyaya olan yüksək maraq onun müddətinin uzadılması barədə qərarımızın əsas səbəbi oldu. Məqsədimiz müştərilərimizə maliyyə planlarını həyata keçirmək üçün daha çox vaxt və əlverişli imkanlar yaratmaqdır.”

Kampaniyanın şərtlərindən Bank VTB (Azərbaycan)-ın bütün filiallarında, bankın rəsmi internet saytı VTB.AZ vasitəsilə onlayn müraciət etməklə və ya 986 Məlumat Mərkəzinə zəng etməklə yararlanmaq mümkündür.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər