6 C
Baku
Sunday, December 15, 2024

Böyük maya qoyulmuş aqrar şirkətin idarəedəni də dəyişir

“Binə Aqro” Qapalı Səhmdar Cəmiyyətinə maya qoyulandan sonra, aqrar şirkəti idarəedən də dəyişib.

Bu barədə Banker.az şirkətə yaxın mənbədən məlumatı əldə edir.

Şirkətin Baş direktoru (qanuni təmsilçisi) Fərid Mehdi olacaq. Buna qədər isə bu vəzifəni Rəşad Mailov daşıyırdı.

F.Mehdi buna qədər “Processing Company” MMC-də Baş direktor, ondan əvvəl isə “PMD Group”da daxili auditdə çalışıb.

“Binə Aqro” 2015-ci ildə fəaliyyət göstərir, istixana şəraitində tərəvəz məhsulları becərib yerli və xarici bazara çıxarır.

Cari ilin sentyabrında açıqlandı ki, bu şirkətə iki səhmdar cəmiyyət qoşulur. Belə ki, “Alfa Aqro” QSC-nin və “Habako Konstrakşn” QSC-nin bütün hüquq və vəzifələri “Binə Aqro” QSC-yə keçirilib. Bu iki şirkətə də qanuni təmsilçiliyi R.Məlikov edirdi.

Həmin birləşmədən sonra “Binə Aqro”nun nizamnamə kapitalı  2 000 manatdan 164 000 manata qədər yüksəlib.

Son xəbərlər
Digər xəbərlər