6 C
Baku
Sunday, December 15, 2024

Böyük mühasib – Gilan-TN MMC

Müəssisə: Gilan-TN MMC

Vəzifə: Böyük mühasib  

İş tipi: Tam iş günü

Tələb olunan iş təcrübəsi: 3 ildən 5 ilə qədər

İş yeri: Azərbaycan / Bakı

Təhsil: Bakalavr

Namizəddə tələblər:

– Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununu, A.R Vergi Məcəlləsini, Beynəlxalq mühasibat uçotu standartlarını bilməli;
– Hesabatların plan və korrespondensiyasını bilməli;
– Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili qaydalarını bilməli;
– Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını bilməli;
– Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, dəqiqlik və səliqəlilik qabiliyyəti, birgə iş / komandada işləmə qabiliyyəti olmalıdır.

Öhdəliklər:

– Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların yerinə yetirilməsi;
– Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə köməkliyin göstərilməsi;
– Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirilməsi və onların hesabının emala hazırlanması;
– Qəbul olunmuş pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin və əsas fondların hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə nəzarət edilməsi;
– Materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin qaydasına, eləcə də müəssisə, idarə və təşkilatın bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilinə nəzarət edilməsi;
– Dövlət büdcəsinə ödənişlərinin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsinin həyata keçirilməsi.

Müraciət etmək istəyən namizədlərin, linkə daxil olaraq müraciət etməsi xahiş olunur: https://hr.gilanholding.com/v/4773

Son xəbərlər
Digər xəbərlər