Böyük problemlərinizi “məntiq ağacı” nın köməyi ilə həll edin

0

Problemlərinizi necə həll edirsiniz? Bəzi insanlar mühiti dəyişmək və fikirləri dağıtmaq uçun gəzintiyə çıxırlar. Digərləri isə oturub bu və ya digər həlli yolunun mənfi və müsbət cəhətlərinin siyahısını yazırlar. Kimsə instinktlərinə güvənir, kimsə isə daha böyük problemlərdən qaçmaq üçün özünə düşünməyə vaxt verir.

Bu yaxında nəşr olunan “Problemlərin zəmanətli həll edilməsi” kitabının həmmüəllifi olan Charles Conn bizə fərqli bir yanaşma təklif edir. O hesab edir ki, əksər problemləri həll etmək üçün aşağıdakıları etmək kifayət edir:


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Birincisi, problemin nədən ibarət olduğunu müəyyən etmək.

İkincisi, məntiq ağaclarının köməyi ilə problemin strukturunu təsvir etmək.

“Məntiq ağacı” problemin tərkib hissələrini əhatə edir, əsas məqsədi isə fərziyyənin tərifini asanlaşdırmaqdır. Kitabda “məntiq ağacları” nın köməyi ilə bir çox problemləri həll etmək mümkün olduğu göstərilir – iqlim dəyişikliyinə münasibətdən tutmuş gündəlik məsələlərə qədər.

Nümunələrin birində Conn ailəsi köçəcəyi şəhəri seçir. Onlar mümkün 30 variantı iki varianta qədər ixtisar edirlər.

Bu halda Conn ailəsi üçün məntiq ağacı aşağıdakı kimi oldu:

“Harada yaşayaq?” ağacında əsas iki məqamı vurğulamaq lazımdır. Birincisi, göstəricilər toplandı, tərkib hissələrə parçalandı və qiymətləndirildi. İkincisi, axırıncı parametr olan demoqrafiya və cinayətkarlıq siyahıdan çıxarıldı. Conn-un sözlərinə görə, bu meyar üzrə şəhərlər arasında fərq o qədərdə böyük deyildi.

Məsələnin həlli yolunu tapmaq üçün Conn şəhərlərin universitet və məktəblərinə də qiymət verdi. Ailə şəhərlərdə ümumi əhval-ruhiyyəni qiymətləndirmək və subyektiv qiymətləndirmələri formalaşdırmaq üçün şəhərləri ziyarət etdi. Sonra Conn bütün məlumatları 1 ilə 100 bal arasında qiymətləndirdi.

Bəzi problemlər daha mürəkkəbdir

Bəzi problemlər daha mürəkkəb olduqları üçün “məntiq ağacı” kifayət etməyə bilər. Problemin nədən ibarət olduğunu müəyyən etdikdən və onu “məntiq ağacı” nın köməyi ilə təsvir etdikdən sonra aşağıdakıları etməlisiniz:

  • Prioritetləri müəyyənləşdirmək
  • İş planını qurmaq
  • Təhlildən istifadə etmək
  • İnformasiyanı ümumiləşdirmək
  • Nəticələri ötürmək (məsələn, müştəriyə və ya ailənizə)

Bu metodu başdan axıra qədər öyrənmək üçün, çox güman ki, kitabı oxumalı olacaqsınız. Nümunələrin birində Conn-un həmmüəllifi Rob Maclean və onun həyat yoldaşı karbon qazının miqdarının azaldılması və banda günəş batareyalarının yerləşdirilməsi məsələsini nəzərdən keçirirlər. Sərmayə özünü doğruldacaqmı? Doğruldacaqsa, nə zaman? Bunu indi etmək yaxşıdır, yoxsa qiymətlər aşağı düşəndən sonra?

Kitabda biznesə aid bir çox nümunələr vardır. Buna baxmayaraq onun köməyi ilə siz şəxsi problemlərin də həlli yolunu tapa bilərsiniz. Zədə almış marafonçu dizini əməliyyat elətdirməlidirmi? Sualın cavabını tapmaq üçün problemi “məntiq ağacı” şəklində təsvir edirik:

Bu yanaşmalar konsaltinq, mühəndislik və ya startap sahələrində çalışan insanlara tanış gələ bilər. Buna baxmayaraq, problemləri həll etmək bacarığı bütün sahələr üçün vacibdir. Ümumdünya İqtisadi Forumunun məruzəsində deyilir ki, gələcək iqtisadiyyatda işləyən insanlar üçün problemlərin kompleks həlli bacarığı çox önəmlidir.

Conn deyir ki, “məntiq ağacı” nın istifadəsi böyük qruplar üçün daha faydalıdır. Burada hər bir üzv suallar verə, ümumi işi idarə oluna biləcək hissələrə bölə və beləliklə effektiv həlli yolunu tapa bilir.