19 C
Baku
Sunday, October 13, 2024

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına 31 milyard manat lazımdır

Azərbaycanda 2022-2026-cı illərdə icra olunacaq “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın reallaşdırılması üçün təqribən 30,5 milyard manat vəsait tələb olunur.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir.

Sənədə əsasən, 2020-2022-ci illərdə dövlət büdcəsindən proqramın icrasına 6,6 milyard manat, 2023-cü ildə isə 5,3 milyard manat ayrılıb. 2024-2026-cı illərdə isə 10,6 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər