16 C
Baku
Friday, October 18, 2024

Böyük Qayıdışın təmin edilməsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb

“Böyük Qayıdışın təmin edilməsinə 19.2 milyard manat yönəldiləcək”.

Bu sözləri Baş nazir Əli Əsədov parlamentin dekabrın 9-da keçirilən plenar iclasında deyib.

“Fəxr edirik ki, iki il bundan əvvəl əzəli torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilib. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra qlobal iqtisadi prosesləri nəzərə alaraq 2021-ci ildə imzaladığı sərəncamı ilə 2030-cu ilə qədərki sosial inkişafla bağlı milli prioritetləri təsdiq edib. Bu, qarşıdakı illərdə ölkə iqtisadiyyatının davamlı olmasını təmin edir”, – Baş nazir əlavə edib.

O vurğulayıb ki, işğaldan azad olunan ərazilərə Böyük Qayıdış bizim üçün böyük rəmzi məna daşıyır:

“Artıq azad edilən ərazilərdə qayıdışın birinci dövlət proqramı təsdiq edilib. İlkin hesablamala görə inkişaf strategiyasının icrası məqsədilə 32.7 milyard manat vəsait tələb olunur ki, bunun da 19.2 milyard manatı işğaldan azad edilən ərazilərə Böyük qayıdışın təmin edilməsinə yönəldiləcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər