12 C
Baku
Monday, November 25, 2024

Böyük reklamçılar İlon Maskın siyasətinə görə “Twitter”i tərk edir

“The Financial Times” mənbələrə istinadən bildirib ki, iş adamı İlon Maskın sosial şəbəkəni idarə etmək siyasəti fonunda böyük brendlər və reklam agentlikləri “Twitter”də reklamları dayandırıb. Onların sözlərinə görə, “Twitter”də kütləvi ixtisarlara görə bir çox brendlər reklam kampaniyaları aparmaqda çətinliklərlə üzləşiblər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“FT”nin məlumatına görə, reklam agentlikləri Twitter reklam departamentində öz nümayəndələrini itirib və artıq reklam kampaniyaları ilə bağlı rəy ala bilmirlər. Onlardan bəziləri reklam kampaniyası apararkən texniki problemlərlə də üzləşib.

Bildirilir ki, Mask saytda reklam xərclərini azaldan böyük brendlərin rəhbərliyi ilə şəxsən əlaqə saxlamağa çalışsa da, bir sıra şirkətlər reklam investisiyalarını minimuma endirmək qərarına gəlib.

İlon Mask “Twitter”i oktyabr ayının sonunda 44 milyard dollara alıb. Şirkətə gəldikdən sonra, o, işçilərin yarısını ixtisar edib. Qeyd edək ki, İlon Mask gələnə qədər sosial şəbəkənin reklam gəliri ildə təxminən 5 milyard dollar olub.

Son xəbərlər
Digər xəbərlər