24 C
Baku
Cümə, Sentyabr 17, 2021

Böyük şirkətlərin 60%-i pandemiyadan sonra ofis xərclərinə qənaət edəcək

Screen Shot 2021 09 02 at 14.34.20

“Knight Frank” konsaltinq şirkətinin analitikləri beynəlxalq şirkətlərin demək olar ki, üçdə iksinin (65%) ofis xərclərini azaltmaq niyyətində olduğunu qeyd edirlər. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bununla yanaşı, respondentlərin 34%-i bu sahədə xərclərini 10%-dən çox azaltmağı planlaşdırır.

Qeyd edildiyi kimi, sorğuda 10 milyondan çox işçisi olan təxminən 400 beynəlxalq şirkət iştirak edib.

Araşdırmanın nəticələrinə görə, şirkətlərin yalnız 2%-i daşınmaz əmlak xərclərini artırmağı planlaşdırır, digərləri onları dəyişməz olaraq saxlamağı düşünür.

Sorğulanan şirkətlərin yarıdan çoxu (54%) bu qərarın pandemiyanın yaratdığı böhranla əlaqəli olduğunu təsdiq edib.

Respondentlərin demək olar ki, yarısı (48%) pandemiyanın daşınmaz əmlakla əlaqəli strategiyaya təsir edəcəyini düşünür, daha 27% isə bunun uzun müddət ərzində davam edəcəyini hesab edir.

Xatırladaq ki, əmlak planları ofislərin yerləşməsindən asılıdır. Dünyanın ən böyük şəhərlərinin mərkəzi şirkətlərin 20%-i tutduğu ərazini azaltmağı planlaşdırır və yalnız 12%-i artırmağı hədəfləyir.

Şəhərətrafı ərazilərdə kirayəçilərin 14%-i iş sahələrini azaldacaq, 21%-i isə artıracaq.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər