24 C
Baku
Sunday, June 22, 2025

Böyük Vətən müharibəsini səhifələrində əbədiləşdirən kitablar

Alimin rəhbərliyi ilə zəngin arxiv materialları və sənədlər əsasında hazırlanan “Bakı nefti – qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” kitabı  (Azərbaycan və rus dillərində) Azərbaycanın, Azərbaycan neftinin 1941-1945-ci illər müharibəsindəki əvəzedilməz rolunu arxiv sənədləri, tutarlı faktlar əsasında sübut edən mükəmməl bir topludur. Bu, elmi və ziyalılığı ilə xalqını dünyada tanıdan əsl elm fədaisi, akademik Ziyad Səmədzadənin vətənpərvərliyinin, Vətənə və xalqa xidmətinin daha bir yüksək təcəssümüdür. Əslində, bu toplunu alimin rəhbərliyi ilə bundan əvvəl işıq üzü görən “Qaliblər”, “Bakı nefti olmadan qələbə mümkün deyildi” adlı xüsusi buraxılışların davamı da adlandlırmaq olar…

Bu kitablar haqqında görkəmli elm xadimlərinin, respublikanın sayılıb-seçilən adamlarının fikirlərini diqqətinizə çatdırmaq istərdik.

Screenshot 2025 06 22 at 09.25.35

“Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945”

2017-ci il fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə hazırlanmış “Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” adlı kitabın təqdimatı keçirilib.

Z.Səmədzadə kitabın Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixində imzaladığı “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən ərsəyə gətirildiyini deyib. Bildirib ki, kitab geniş və əhatəli mündəricata malikdir: “Veteranlar bizim sərvətimizdir və şərəfimizdir”, “Bakı nefti

dünya siyasətinin tərkib hissəsidir”, “Bakı neftinin qələbədə əvəzolunmaz rolu (faktlar və sənədlər)” və digər bölmələrdə Bakı əhalisinin və bütövlükdə, Azərbaycan xalqının 1941-1945-ci illər müharibəsində və faşizm üzərində qələbə çalınmasında danılmaz rolu işıqlandırılır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Eldar İbrahimov:

Akademik Ziyad Səmədzadənin ideya müəllifi olduğu Bakı nefti qələbənin açarı: şərəfli keçmiş, işıqlı gələcək kitabında 1941-45-ci illərdə Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində Bakı neftinin əvəzolunmaz rolu arxiv materialları əsasında çox əhatəli bir formada bu gün də, gələcəkdə də bilməlidir ki, İkinci Dünya müharibəsində, Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur. Bir daha deyirəm, həm övladlarımızın cəbhədəki qəhrəmanlıqları, həm də

neft hasilatı cəbhəyə lazım olan bütün başqa ləvazimatların istehsalı sahəsində Azərbaycan xalqının xidmətləri misilsiz, əvəzsizdir”. Təqdimatını keçirdiyimiz kitabın da ana xəttini ümummilli liderimizin dediyi bu fikirlər təşkil edir və bu kitabın nəşr edilməsi bugünkü və gələcək nəsillər üçün böyük töhfədir. Çox əlamətdar haldır ki, kitab “Veteranlar bizim sərvətimiz və şərəfimizdir” adlı hissə ilə başlayır. Bu da onunla əlaqədardır ki, keçmişə düzgün qiymət verməsək, indinin qədrini bilmərik.

Böyük Vətən müharibəsi veteranlarına münasibətdə Heydər Əliyev müstəqil Azərbaycanın ilk illərdəki rəhbərlərinə, sözün həqiqi mənasında, dərs keçdi. Ulu vətənpərvərin uzaqgörən siyasəti və şəxsi təşəbbüsü ilə 1993-cü ildə Naxçıvanda 9 May – Qələbə günü münasibətilə veteranlarla görüş keçirildi. Mən bu hadisənin şahidi olan bir adam kimi deyirəm: 1993-cü il mayın 7-də Ulu Öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri idi. Onun dörd müavini var idi və bu müavinlərdən

biri də mən idim. O, bizi çağırdı və dedi ki, Böyük Vətən müharibəsi ilə bağlı 9 May – Qələbə gününü keçirməliyik. Onun cəbhəçi müavinlərinin Qələbə gününün keçirilməsinə etirazlarına baxmayaraq, o, əsaslandırıcı sübutlarla cavab verdi və qətiyyətlə bildirdi ki, biz Qələbə bayramını mütləq keçirməliyik.

Kitabda şərəfli keçmişimizlə yanaşı, işıqlı gələcəyimizi geniş əks etdirən materialların nəşr olunması təqdirəlayiqdir. Belə ki, bu materiallar ölkə prezidentinin ölkəmizin sosial-iqtisadi inkişafını təmin edən məsələlərə dair həyata keçirdiyi tədbirlərə həsr olunduğu üçün geniş oxucu kütləsi üçün böyük maraq doğurur. Göstərilənlər onu deməyə əsas verir ki, təqdimatını keçirdiyimiz kitab böyük şərəfli keçmişimiz və işıqlı gələcəyimizə həsr olunmuş sanballı əsərdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə:

Müharibəni görənlərdən biri də mən olmuşam. O vaxtlar mən uşaq idim və eşidirdim ki, almanlara layiqli cavab veriləcək. Hərçənd ki, bu cavab 4 ildən çox çəkdi. Bu cavabın verilməsində də Azərbaycan çox böyük rol oynadı. 600 mindən çox Azərbaycan oğlu bu müharibədə iştirak etdi. Arxa cəbhədə də həmin vaxtlar çox böyük işlər görüldü. Yadımdadır, həmin vaxtlar kolxozlarda insanlar necə ağır işlər görürdülər. İnsanlar hamısı bir ailə kimi birləşmişdilər. Neftdən danışdıqda isə, neft

Azərbaycanın, demək olar ki, hər zaman xilaskarı olub. Müharibə başlayan il Azərbaycanda 23,5 mln. ton neft hasil edilmişdi. Bu isə demək olar ki, Azərbaycanda müharibəyə qədər ən yüksək səviyyə idi. Təsadüfi deyil ki, müharibə başlayanda da, müharibə dövründə də bütün cəbhəni Azərbaycan nefti təmin edirdi. S.Budyonnı və G.Jukov Azərbaycan nefti olmasa idi, qələbənin mümkün olmadığını

qeyd edirdilər. Lakin burada vacib məqam nefti çıxaran insanlar idi. Azərbaycanın, onun neftçilərinin həmin ağır illərdəki əziyyətli əməyi, fədakarlıqla gördüyü işlər məhz akademik Ziyad Səmədzadənin bu elmi əsərində öz əksini tapıb. Bu kitabı oxuyanda da həmin şəxslər, eyni zamanda, o dövr haqqında müəyyən təsəvvürlər formalaşacaq. Bu baxımdan bu əsər bizim üçün çox dəyərlidir. 

Millət vəkili, tarix elmləri doktoru professor

Fəzail İbrahimli:

Mən burada kifayət qədər gərgin əməyin, böyük zəhmətin bəhrəsi olan bu kitabın məziyyətlərindən bəzilərinin üzərində dayanmaq istəyirəm. İlk növbədə mövzu seçimini qeyd etmək lazımdır. Müəllif çox aktual mövzu seçib. Bu gün bu kitab bir ideoloji cəbhədə dayanan, qələmini süngüyə çevirən bir akademikin yazısıdır, məhsuludur. Biz atəşkəs rejimində yaşasaq da, ideoloji müharibə davam edir. Azərbaycan vətəndaşı qarşısında hər il bu ideoloji müharibədə iştirak etmək vəzifəsi durur. Bu vəzifənin öhdəsindən gəlmək nöqteyi-nəzərindən “Bakı nefti qələbənin açarı: şərəfli keçmiş, işıqlı gələcək 1941-1945” kitabı uğurludur. Azərbaycanın geosiyasi vəziyyəti, dünya dövlətlərinin Azərbaycana münasibəti, marağı, bu maraqların altında gizlənmiş niyyətlərinin ünvanı Bakı neftidir. Dünyanın bütün siyasi xəritələrində Bakı, Bakı nefti var. Kitaba nəzər yetirdikdə, onun iqtisadi məsələlərdən danışdığı görünür. Müəllif gücü, təfəkkürü, təhlil təşəbbüsü sayəsində neftin iqtisadi müstəvidən siyasi müstəviyə keçməsini çox düzgün araşdırıb. Bu kitab bu günə çağırışdır, sanki deyir: “Ey Azərbaycan vətəndaşı, indi sənin körpən öz körpəliyini yaşayır, gəncin öz gəncliyini yaşayır, ağsaqqalın ahıllıq dövrünü yaşayır. Sən bu müstəqilliyin qədrini bil”! Kitabın giriş hissəsində Ziyad müəllim yazır: “Mən bu fikirdəyəm ki, Vətənin o dar günlərində öz rəşadətli əməyi ilə qəhrəmanlıq nümunələri göstərən Bakı neftçilərinin xatirəsini fundamental tədqiqatlarla, sanballı kitablarla əbədiləşdirmək olduqca vacibdir. Onlar bu haqqı canları, qanları bahasına qazanıblar. O gün mütləq gələcək, bu kitab işıq üzü görəcək!”

Polkovnik Cəlil Xəlilov:

Azərbaycan xalqı müharibədə təkcə insan resursları ilə iştirak etməyib. Məhz 123 növ silah-sursat Bakıda hazırlanıb cəbhəyə göndərilib, onlarla hospitallar fəaliyyət göstərib. Müharibədə neftin 70%-dən çoxunu Azərbaycan təmin edib. Doğrudan da, böyük rəqəmdir. Mən Ziyad müəllimin kitabının rusca versiyasını Moskvaya aparmışdım. Orada Veteranlar Təşkilatının tədbiri idi. Mən şəxsən kitabı general Moiseyevə təqdim etdim və o, çox sevindi, Azərbaycan haqqında dəyərli fikirlər səsləndirdi. 416-cı Taqanroq divizisiyasının Heydər Əliyevlə birlikdə açılışında iştirakı barədə geniş danışdı. Yüzlərə azərbaycanlı Böyük Vətən müharibəsində orden və medallarla təltif edilmiş, həmçinin Sovet İttifaqı Qəhrəmanı adlarına layiq

görülmüşdür. Bu gün onların hər birinin həyat yolu Azərbaycan gəncləri üçün nümunədir.

Milli Məclis deputatı Fuad Muradov:

Mən inanıram ki, müstəqil Azərbaycan Respublikasında hər zaman olduğu kimi, Azərbaycan gənclərinin də xüsusi rolu var. Bu şəraiti bizim üçün Ulu Öndər Heydər Əliyev yaradıb. Bu gün də cənab prezident bu siyasəti uğurla davam etdirir. İnanıram ki, bu tədbirin də mahiyyəti bizim gəncliyə olan mesajlarımızı çatdırmaqdır.

Bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün bu, vacibdir.

Düşünürəm ki, Ziyad müəllimin əsəri keçmişi görərək gələcəyi qurmaq üçün çox vacibdir. İnanıram ki, bu əsərin müxtəlif dillərə tərcüməsi də olacaq. Bu kitabın Azərbaycan gəncləri üçün də çox böyük əhəmiyyəti var. Çünki bu kitabdakı şəxsiyyətləri hər bir Azərbaycan gənci tanımalı, faktları bilməli, tarixdə baş vermiş qanlı hadisələri unutmamalıdır.

Screenshot 2025 06 22 at 09.23.04

Kəssə hər kim tökülən qan izini

Qurtaran dahi odur yer üzünü.

Hüseyn Cavid

Xalqımız bir neçə ay bundan öncə faşizm üzərində qələbənin 65 illiyini xüsusi iftixar hissi ilə qeyd etdi. Bu müharibə illərində yüzlərlə bütöv şəhərlər tarmar edilmiş, kəndlər yandırılmış, zavod və fabriklər, mədəniyyət və təhsil ocaqları dağıdılmışdır. 50 milyondan çox insan tələf olmuşdur. Ancaq bütün bunlara baxmayaraq, bu dəhşətli müharibədə faşizm üzərində qələbə çalınmışdır. Qələbə isə nə qədər baha

başa gəlsə də, ilahi bir sevincdir. Lakin bütün dünyada məşhur hərb tarixçilərinin təsdiq etdiyi bir həqiqət də vardır ki, Bakı nefti olmasaydı, 1941-1945-ci illər müharibəsində qələbə mümkün olmazdı.

Hitlerin qarşısına qoyduğu ən başlıca strateji məsələlərdən biri də məhz Bakı neftini ələ keçirmək idi. Hitler deyirdi: ”Əgər biz Bakı neftini ələ keçirsək, demək müharibəni udmuşuq”.

Lakin çox təəssüf ki, Bakıya qəhrəman şəhər adı verilmədi. Həmin illərdə ordu sıralarına 600 mindən çox vətən övladı səfərbər edilmiş, onun 300 mindən çoxu həlak olmuşdu. 10 minlərlə ailə başsız qalmış, nişanlı qızlarımız bu ağır itki ilə üzləşmişdilər.

Mən uzun illərdir ki, respublikanın bir çox arxivlərində məhz həmin dövrün nadir sənədlərini araşdıraraq yeni materiallar, bu vaxta qədər məlum olmayan bir çox məlumatlar əldə etmişəm. Məqsədim Böyük Vətən müharibəsi illərində Azərbaycanın, xüsusilə də Bakı neftinin faşizm üzərində qələbədəki rolu ilə bağlı

çoxlu sənədləri, faktları geniş oxucu kütləsinə çatdırmaq olub. Hal-hazırda əldə etdiyim materiallar əsasında fundamental bir toplu üzərində işləyirəm. İnanıram ki, kitabın Azərbaycan və rus dillərində nəşri tariximizin bu mərhələsinin ətraflı öyrənilməsi üçün layiqli töhfə olacaqdır. Artıq ilk addımlar atılmış, Böyük Vətən müharibəsində qələbənin 60 və 65 illiyinə həsr olunmuş iri həcmli jurnallar nəşr olunmuşdur.

“Bakı nefti olmasaydı, qələbə də olmazdı” jurnalı böyük ürəkli ziyalı ilhamının və əməyinin məhsuludur. Bəli, bu adi jurnal deyil, əsl qeyrət toplusudur. Müharibə, Bakı nefti, Qələbə jurnalın baş mövzusu olsa da, əsas qəhrəman dünya söhrəti qazanmış azərbaycanlı obrazıdır. Jurnalda olan sənədlər göstərir ki, Azərbaycanın təkcə nefti yox, təkcə kişiləri yox, qadınları da, uşaqları da müsəlləh əskərə çevrilmişdir.

Xalq şairi

Həriman HƏSƏNZADƏ

Screenshot 2025 06 22 at 09.22.34

Bu günlərdə alimin yeni kitabı –   Böyük Vətən müharibəsində tarixi qələbəmizin 80 illiyinə həsr edilmiş “Нефть Баку – ключ к победе над фашизмом” kitabı işıq üzü görmüşdür. Bu barədə  ətraflı məlumat veriləcəkdir.

 

Son xəbərlər
Digər xəbərlər