15 C
Baku
Monday, October 14, 2024

Böyük yeyinti məhsulları istehsalçısının rəhbərliyinə təyinat aldı

Azərbaycanda yeyinti məhsulları istehsalçısı olan “Milla”nın Baş direktoruna (CEO) yeni müavin təyin edilib. Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, “Milla” brendinin sahibi “AZ FB Co. LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin İdarə Heyətinə üzv/Baş direktor müavin kimi Elçin Əliyev təyin edilib. E.Əliyevin şirkət rəhbərinə müavin kimi artıq noyabrdan start verilib.

O, bundan öncə dünyaca tanımış “Ernst&Young” audit və konsaltinq şirkətində Zəmanət meneceri kimi çalışıb.

“AZ FB Co. LTD” – 2006-cı ildə dövlət qeydiyyatına alınıb, hazırda 10.98 mln manat (10 978 038 manat) nizamnamə kapitalına sahib olan şirkətdir. Şirkət Abşeron r-nun Hökməli qəsəbəsində hüquqi olaraq oturum alıb. Əsasən yeyinti məhsulları istehsalı ilə məşğuldur. 2013-cü ildə Prezident İlham Əliyevin bu şirkətin Hökməlidəki zavodunu ziyarət edərkən 45 mln. manatlıq investisiya hesabına bu proyektin hazır olunduğu qeyd edilirdi.

Şirkətin Baş direktoru (CEO) Qabil Əhədovdur.

Son xəbərlər
Digər xəbərlər