Böyük zərərlə üzləşən “Ata Sığorta”ya səhmdarı əlavə vəsait yatırmalı olub

  •  
  •  
  •  
  •  

Xəbər verdiyimiz kimi, ötən ili 7 mln. manatdan çox zərərlə tamamlayan “Ata Sığorta” ASC-nin nizamnamə kapitalı 1 yanvar 2019-cu il tarixinə  14,6 mln. manata qədər artıb.

Banker.az bu barədə Sığorta Şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, nizamnamə kapitalı (səhm) 1 yanvar 2018-ci il tarixində 12,4 mln. manat təşkil edirdi.

Görünür, ASC-nin yeganə səhmdarı olan “Ata Holding” MMC 2,2 mln. manat artırıb.

Qeyd edək ki, “Ata Sığorta” ASC-nin səhmlərinin 100%-i “Ata Holding” MMC-yə məxsusdur.


  •  
  •  
  •  
  •