Böyük dövlətlər müxtəlif qitələrdə öz maraqları uğrunda mübarizə apararkən, soyuq Arktikanı da unutmurlar. ABŞ, Rusiya və Çinin Akrtikaya marağı ildən ilə artır.
Moskva NATO-nun Arktikada hərbi tədbirlərindən narahatdır. Misal üçün Kreml Finlyandiya və İsveçin NATO üzvlüyünə qəbulunu Arktika üçün təhlükə kimi qiymətləndirir. Çünki Moskvada hesab edirlər ki, bu iki ölkə NATO-ya qoşulduqdan sonra NATO Akrtikada hərbi fəallığını artıracaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun Aktikada iştahının artdığını bildirib. Lavrova Rusiyanın buna adekvat cavab verəcəyini deyib.
Rusiya Akrtikada hərbi varlığını gücləndirib. Rusiya prezidenti Vladimir Putin ölkəsinin Akrtikada müxtəlif layihələr həyata keçirəcəyinin anonsunu verib. Putin bununla bağlı strategiyanı 2020-ci ildə təsdiq edib. Rusiya Aktikanı pilotsuz uçuş aparatlarının çəkilişləri vasitəsilə nəzarətdə saxlamağa çalışır. Dronlar Rusiyanın hərbi gəmilərindən havaya qaldırılır. Rusiya burada üzə bilən atom buzqıran gəmilərinin sayını artırmağa da qərar verib.
Beləliklə, Rusiya Arktika qitəsində NATO ilə mübarizəyə hazırlaşır. Moskva bu məqsədlə Pekinə əməkdaşlıq təklifi edib. Çin Rusiya ilə Arktikada əməkdaşlıq etməyə hazırdır. Bu barədə Pekində keçirilən “bir kəmər, bir yol” forumda müzakirələr aparılıb.
“Moskvanın Pekinlə burada əməkdaşlığının iki əsas məqsədi var” Atlas araşdırmaları mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir.
“Birincisi, Moskva bununla Vaşinqtona və NATO-ya mesaj göndərib ki, Rusiya Qərbə qarşı mübarizədə tək deyil, hər yerdə olduğu kimi Artkikada da Çinlə əməkdaşlıq edir.
İkincisi, Moskva Pekini Arktikaya cəlb etməklə “bir kəmər, bir yol” layisənin bir istiqamətinin Şimal Buzlu Okeana yönəlməsinə çalışır. Bununla bağlı Moskva ilə Pekin arasında işçi qrup formalaşacaq. Moskva iddia edir ki, şimal istiqaməti daha ucuz və məsafəsi az olandır”.
“Reallıq isə fərqlidir”- deyən, Elxan Şahinoğlu “Avropa dövlətləri Çin məhsullarını Arktika üzərindən qəbul etməyə hazır deyillər. Burada lazımi infrastruktur mövcud deyil” deyə bildirir.
“Çinin özü də hansı istiqamətlərə üstünlük verəcəyini hələ tam müəyyənləşdirməyib, “bir kəmər, bir yol”un müxtəlif istiqamətləri mövcuddur, ancaq heç biri tam gücüylə işləmir”.