11 C
Baku
Wednesday, December 11, 2024

Böyüklərin həll etməkdə çətinlik çəkdiyi uşaq tapşırıqları

Bəzən uşaqların dərsliklərində elə tapşırıq və məntiqi suallara rast gəlinir ki, böyük insanlar belə bütün işini bir kənara qoyaraq uzun müddət onun üzərində “vuruşur”.

Belə tapşırıqlardan 4-nü diqqətinizə çatdırırıq. Həll etməyə çalışın.

1-ci tapşırıq – Park etmə

Bu sadə sual Honq Konqda ibtidai məktəbə qəbul zamanı uşaqlara verilmişdi.

15396660-R3L8T8D-650-zadachka1-2

Cavab:87

Burada lazım olan yeganə şey şəkili tərsinə çevirmək idi.

2-ci tapşırıq – Dördrəqəmli ədədlər

Məktəbəqədər uşaqlar bu tapşırığı 5-10 dəqiqəyə, proqramçılar 1 saata həll edir.

15396810-R3L8T8D-650-zadachka2

Cavab: 2581 = 2.

4 rəqəmli hər qrupda etməli olduğunuz yeganə şey qapalı dairələri saymaq idi. Məsələn, 5 rəqəminin 1, 8 rəqəminin 2 dairəsi var. Deməli, 6889 rəqəmində onların sayı 6-dır. Belə də davam edir.

3-cü tapşırıq – Rəqəmsal piramida

Sinqapur məktəblərində verilən məntiqi sualdır.

15408410-R3L8T8D-650-zadachka3_2

Cavab: D = 1345; E = 2440.

İlk olaraq iki rəqəmi aşağı sırada yazırsınız: 198 + 263 = 461. Onun altında dayanan rəqəmdən daha böyük rəqəm alındı: 461 > 446. Böyükdən kiçiyi çıxırsınız: 461 — 446 = 15. Digər cütləri də eyni şəkildə hesablayırıq və görürük ki, hər birində 15 alınır. Bu da həllin açarıdır.

4-cü tapşırıq – Şokolad qutusu

Bu sual ABŞ-da 12-13 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Beləliklə, qutuda 50 şokolad var. Onlardan 30-u karamelli, 25-i kokoslu, 10-u həm karamelli, həm kokoslu, qalanları isə qatqısızdır.

Sual: Diaqramın hansı qutunun tərkibini düzgün şəkildə təsvir edir?

15396710-R3L8T8D-650-zadachka4

Cavab: B diaqramı.

Yalnızca karamelli şokoladların sayı? 30 — 10 = 20.
Yalnız kokoslu çokoladların sayı? 25 — 10 = 15.
Qatqısız çokoladların sayı? 50 — (20 + 15 +10) = 5.

 

Son xəbərlər
Digər xəbərlər