27 C
Baku
Wednesday, May 7, 2025

“Böyükşor Avtonəqliyyat” gəlir və mənfəətini açıqladı

“Böyükşor Avtonəqliyyat” ASC 2024-cü ili 342.3 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ildə 332.7 min manat xalis mənfəət etmişdir ki, bu da illik müqayisədə 3% artım deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Böyükşor Avtonəqliyyat” ASC-nin satışı 567.1 min manatdan 604.2 min manata yüksəlib. ASC-nin sair əməliyyat gəlirləri 2.9 min manat, işçi heyəti üzrə xərclər 112.5 min manat, amortizasiya xərcləri 29 min manat, sair əməliyyat xərcləri 32.4 min manat təşkil edib.

Hesabat dövründə şirkətin cəmi aktivləri 5% artaraq 1 milyon 842 min manat, cəmi kapitalı 3.5% artaraq 1 milyon 739 min manat olub.

Son xəbərlər
Digər xəbərlər