“Böyükşor Avtonəqliyyat” ASC 2023-cü ili 332.7 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ildə 264.2 min manat xalis mənfəət etmişdir ki, bu da illik müqayisədə 26% artım deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Böyükşor Avtonəqliyyat” ASC-nin satışı 476.2 min manatdan 567.1 min manata yüksəlib. ASC-nin sair əməliyyat gəlirləri 2.1 min manat, işçi heyəti üzrə xərclər 98.5 min manat, amortizasiya xərcləri 27 min manat, sair əməliyyat xərcləri 27.8 min manat təşkil edib.
Hesabat dövründə şirkətin cəmi aktivləri 9.4% artaraq 1 milyon 752 min manat, cəmi kapitalı 7% artaraq 1 milyon 680 min manat olub.