17 C
Baku
Tuesday, April 30, 2024

“Böyükşor Avtonəqliyyat” səhmdarlarına dividend ödəyəcək

“Böyükşor Avtonəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 11 fevral 2024-cü il saat 13.00-da keçiriləcəkdir.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. Səhmdar cəmiyyətin 2023-cü il üçün fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi.

2. Mənfəətin bölüşdürülməsi və dividendlərin hesablanması.

3. Təşkilati məsələlər.

Ümumi yığıncaq səhmdar cəmiyyətin yerləşdiyi ünvanda- Bakı şəhəri, Böyükşor şossesi 2062-ci məhəllədə keçiriləcəkdir.

Səhmdarlar onları maraqlandıran məsələlərlə bağlı rəhbərliyə müraciət edə bilərlər.

Səhmdarlardan şəxsiyyət vəsiqəsinin və onların bank hesablarının rekvizitlərinin təqdim edilməsi xahiş olunur.

Xatırladaq ki, “Böyükşor Avtonəqliyyat” ASC 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 154 686 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər