“Böyükşor Avtonəqliyyat” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 12 aprel 2024-cü il saat 12.00-da keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Səhmdar cəmiyyətinin direktorunun təyin edilməsi .
2. Səhmdar cəmiyyətinin müşahidə şurası üzvlərinin təyin edilməsi .
Səhmdarlardan şəxsiyyət vəsiqələrinin təqdim edilməsi xahiş olunur.
Növbədənkənar ümumi yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi ünvanda-Bakı şəhəri, Böyükşor şossesi 2062-ci məhəllədə keçiriləcəkdir.
Xatırladaq ki, “Böyükşor Avtonəqliyyat” ASC 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 154 686 manatdır, qanuni təmsilçisi Həmid Hüseynovdur.