20 C
Baku
Saturday, October 12, 2024

Böyükşor gölü üzərində üzən günəş panelləri quraşdırılacaq

Azərbaycan hökuməti Asiya İnkişaf Bankı ilə birlikdə Bakıda Böyükşor gölü üzərində üzən günəş panellərinin quraşdırılması ilə bağlı layihənin icrasına başlayıb.

Bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Onun sözlərinə görə, layihənin icrası hesabına 0.1 mVt-lıq enerji gücünün əldə edilməsi nəzərdə tutulur.

“Üzən günəş panelləri quruda olan panellərdən daha baha başa gəlir. Adətən belə layihələrdə investor vəsaiti dövlətdən tələb edir. Bizdə isə bərpa olanan enerji tarifləri o qədər də yüksək deyil. Ona görə də biz bu layihəni pilot layihə kimi sınaqdan keçiririk”, – deyə nazir müavini qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər