23 C
Baku
Tuesday, June 10, 2025

Böyükşor–Pirşağı avtomobil yolunun hərəkət istiqaməti dəyişdiriləcək

Böyükşor–Pirşağı yeni avtomobil yolunun 4–12-ci kilometrliyində aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək.

Müvəqqəti dəyişiklik 6 iyun tarixində saat 09:00-dan başlayaraq tikinti işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək.

Sürücülərdən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər