Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.
Banker.az xəbər verir ki,“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən Böyükşor–Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub.
AYNA, BDYPİ və NİİM əməkdaşları ərazidə monitorinq apararaq yol hərəkəti təhlükəsizliyinin artırılması və nəqliyyat sıxlığının azaldılması məqsədilə qısamüddətli həll müəyyən ediblər.