Azərbaycan və Türkiyə Qarabağ müharibəsi ilə bağlı birgə serial çəkir. Serialın ilk bölümü 8 noyabrda – Zəfər Günü yayımlanacaq.
Banker.az xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən tarixçi Ramin Sadıqov öz Twitter profilində yazıb.
O qeyd edib ki, serialın ərsəyə gəlməsində Türkiyənin “Bozdağ” film studiyası da iştirak edir. Serialda Türkiyə və Azərbaycandan sənətçilər rol alacaq.