9 C
Baku
Friday, December 13, 2024

BP: ACE layihəsi ilə Xəzər dənizindən 300 milyon barel neft çıxarılacaq

Azəri-Mərkəzi -Şərqi layihəsi (ACE) üzrə 2050-ci ilə kimi 300 milyon barel neft çıxarılmasına şərait yaranacaq.

Bunu Layihə üzrə dayaq bloklarının təqdimat mərasimində BP-nin xarici kommunikasiyalar üzrə rəhbəri, ACE layihəsinin baş meneceri Nill Filips deyib.

O bildirib ki, ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində mövcud Mərkəzi Azəri və Şərqi Azəri platformalarının arasında yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformanın üzərində 48 quyu şaxtası olacaq.

“Şahdəniz-2″ layihəsinin texniki təcrübəsindən ACE-də də istifadə ediləcək. İdarəetmə Sənqəçal terminalından həyata keçiriləcək”, – deyə Layihə rəhbəri əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər