5 C
Baku
Saturday, February 15, 2025

BP Alyaskada olan bütün aktivlərini 5,6 milyard dollara satır

Böyük Britaniyanın neft-qaz şirkəti BP Alyaskada olan bütün aktivlərini 5,6 milyard ABŞ dollarına “Hilcorp Alaska”ya satmağı planlaşdırır.

Xarici KİV-ə istinadən xəbər verir ki, BP məlumatına görə “Hilcorp Alaska” BP-nin Transalyaska neft kəmərindəki payını, həmçinin onun bu ştat ərazisində işləyən geoloji kəşfiyyat bölməsini əldə edəcək.

Qeyd edilir ki, əqdin 2020-ci ildə bağlanacağı planlaşdırılır.

BP-nin Alyaskada 1,6 minə yaxın əməkdaşı var. Şirkət 2005-2018-ci illərdə ABŞ-dakı biznesinə 115 milyard dollar yatırım edib.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər