“BP” axtarışlara başladı – hədəf Xəzərin Azərbaycan sektorudur

BP Xəzərin Azərbaycan sektorunda yeni nəhəng qaz yatağı axtarır.

BP şirkəti və onun tərəfdaşları Azərbaycanda nəhəng qaz yatağının (“Şahdəniz” qaz-kondensat yatağı) işlənilməsinə 28 milyard dollar sərmayə qoyublar və bu, yalnız tarixin başlanğıcı ola bilər.

Banker.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons “Bloomberg” agentliyinə bildirib.

Onun sözlərinə görə, şirkət 2020-ci il üçün ölkədə 6 yeni kəşfiyyat quyusu qazmaq niyyətindədir.