23 C
Baku
Saturday, April 20, 2024

BP Azərbaycanda sosial investisiya layihələrinə xərclərini 2 dəfədən çox azaldıb

2023-cü ildə BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 2 milyon ABŞ dollarından artıq vəsait xərcləyiblər.

Bu barədə “BP-Azerbaijan” şirkətinin 2023-cü ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu, 2022-ci illə müqayisədə 1,4 milyon ABŞ dolları və ya 41,2 % azdır.

Ötən il bu layihələrə hazırda davam edən 16 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 4 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxil olub.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə təxminən 0,9 milyon ABŞ dolları vəsait xərcləyib ki, 2022-ci illə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 2,2 dəfə azdır.

İl ərzində bu layihələrə hazırda davam edən 14 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 3 layihə və müxtəlif mövzularda 18 konfrans və seminara dəstək fəaliyyəti daxildir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər