19 C
Baku
Şənbə, Oktyabr 16, 2021

BP Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirməni artırıb

Screen Shot 2021 09 02 at 14.34.20

Böyük Britaniyanın BP şirkəti Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirilməsini artırıb.

2019-cu ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,8 trln. kubmetr təşkil edib ki, bu da 2018-ci ilin sonu ilə müqayisədə 33,3% çoxdur.

Qeyd edək ki, BP-nin qiymətləndirilmələrinə görə, 2018-ci ilin axırına Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,1 trln. kubmetr təşkil edirdi.

Hesabata əsasən, 2019-cu ilin sonuna dünyada təsdiq olunmuş qaz ehtiyatları 198,8 trln. kubmetr təşkil edib (Azərbaycanın payı – 1,4%), bu da 0,86%-lik artım deməkdir.

Xatırladaq ki, BP şirkəti Azərbaycanda bir sıra neft-qaz layihələrin aktiv iştirakçısıdır. Belə ki, şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çiraq-Günəşli” neft-qaz yataqları blokunun və “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihələrində iştirak edir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər