İyun ayında Vergilər Nazirliyi “BP Eksploreyşn D230 Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyini dövlət qeydiyyatına alıb.
Nümayəndəliyin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu Neftçilər pr 153, qanuni təmsilçisi Jones Robert Gary-dir.
Bildirək ki, nümayəndəliyin qanuni təmsilçi Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya vətəndaşı olan Jones Robert Gary-dır.
Qeyd edək ki, D230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok təxminən 3 min 200 kvadratkilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3 min 500 metrdir.