12 C
Baku
Saturday, November 23, 2024

BP Azərbaycan-ın işçi sayı açıqlandı: artım var

İkinci rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 268 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Bu barədə BP Azərbaycan-dan bildirilir.

Öncəki rübdə işçi sayı 2247 nəfər idi.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Son xəbərlər
Digər xəbərlər