“BP Azərbaycan”ın ölkədə distrübüter olan şirkətinin kapitalı kəskin artırılıb.
Banker.az xəbər verir ki, “Petrokem Qrup” MMC-nin nizamnamə kapitalı 6 400 000 manatdan 13 090 000 manata qaldırıb.
Bu da iki dəfədən çox artım deməkdir.
“Petrochem” şirkətlər qrupu 1992-cü ildən başlayaraq BP şirkətinin Azərbacyanda sürtkü yağları üzrə eksklüziv distribyutorudur.
“Petrochem Group” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” (BTC) və “Cənubi Qafqaz” boru kəməri (CQBK) obyektlərinə dəstək üçün inventarın idarə olunması, tələblərin planlaşdırılması və mütəxəssis məsləhətləri verilməsini yerinə yetirir.