5 C
Baku
Friday, February 23, 2024

“BP Azerbaijan”ın işçilərinin sayı son rübdə azalıb

2023-cü ilin sonunda “BP Exploration (Caspian Sea) Limited” şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 353 nəfər olub.

Banker.az xəbər verir ki, bu barədə “BP Azerbaijan”dan  verilən məlumatda qeyd edilir.

Bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Bu, 2023-cü ilin üçüncü rübünün sonu (2 395) ilə müqayisədə 42 nəfər, ilin əvvəli isə 24 nəfər azdır.

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)

Son xəbərlər
Digər xəbərlər